BAKI, 1 yanvar. TELEQRAF
Hindistanın Madhya-Pradeş ştatının İndor şəhərində kran suyundan zəhərlənən azı 13 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə “India TV” telekanalı məlumat yayıb.
Məlumata görə, kəskin zəhərlənmə hadisəsi Bagirtpur rayonunda qeydə alınıb. Həkimlər altı aylıq körpənin və altı qadının həyatını xilas edə bilməyib. Hadisədən sonra ştat hakimiyyəti bələdiyyənin iki əməkdaşını vəzifəsindən uzaqlaşdırıb, daha bir məmur isə işdən çıxarılıb.
Telekanalın məlumatına əsasən, zərərçəkənlərin sayı təxminən 1300 nəfərə çatır. İndor şəhərinin müxtəlif xəstəxanalarında 100-dən çox sakin ağır vəziyyətdədir və hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyini istisna etmir.
Madhya-Pradeş ştat hökuməti baş verən hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradıb.