AZ

Zaqatalada maşınlar toqquşdu - Yaralılar var

Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində “VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
81
2
modern.az

2Mənbələr