AZ

Kəlbəcərlə bağlı yayılan xəbər TƏKZİB EDİLDİ

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Kəlbəcər şəhərində yeni il gecəsi elektrik enerjisinin kəsildiyi, su sisteminin donduğu, mənzillərdəki kombi aparatlarının donvurmadan partladığı və guya bütün bunların nəticəsində sakinlərin bütün gecəni soyuqda keçirdiyi barədə sosial şəbəkədə yayılan informasiya həqiqəti əks etdirmir".

Moderator.az xəbər verir ki, bu barədə Musavat.com-un əməkdaşına Kəlbəcər Rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuranə Babayeva bildirib.

Nuranə Babayeva deyib ki, səhərə yaxın elektrik enerjisinin verilişində bir neçə dəqiqəlik kəsinti olub, lakin dərhal da elektrik verilişi bərpa edilib. Hazırda rayona elektrik enerjisi tam verilir. Şaxta nəticəsində isə cəmi bir mənzilin kombi aparatı sıradan çıxıb. Həmin mənzildə bu gecə ailə olmayıb. Mənzil sahibi səhər evə gələndə görüb ki, kombi sıradan çıxıb. Kombi ilə bağlı texniki təlimatlara uyğun işləri mənzil sahibi aparmadığı üçün həmin sakinin evində belə bir hal yaşanıb. Binaların fasiləsiz su təminatı hər gün olduğu kimi bu gecə də davam edib və hazırda bütün mənzillər su ilə təmin edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
2
moderator.az

3Mənbələr