AZ

İran BAEA ya müraciət etdi: Nüvə obyektlərinə...

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

İran ABŞ-nin ölkənin nüvə obyektlərinə hücumla bağlı təhdidlərinin qlobal nüvə silahlarının yayılmasının qarşısının alınması rejimi baxımından ciddi nəticələr doğura biləcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, İranın Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana Ofisi yanında Daimi Nümayəndəliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Mariano Qrossiyə məktub göndərərək, İranın dinc nüvə proqramına qarşı səsləndirilən hücum təhdidləri ilə bağlı narahatlığını ifadə edib.

Qeyd olunub ki, bu cür təhdidlər qlobal nüvə silahlarının yayılmasının qarşısının alınması rejimi üçün ciddi nəticələrə səbəb ola bilər.

Bildirilib ki, “belə təhdidlərin normallaşdırılması Agentliyin etibarlılığını təhlükə altına alır və yoxlama mexanizmləri üzərində qurulmuş beynəlxalq etimadı sarsıdır”.

Həmçinin vurğulanıb ki, sözügedən təhdidlər qınanmalı, bu cür “məsuliyyətsiz” mövqeyin daşıyıcıları isə cavabdehlik daşımağa məcbur edilməlidir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iki gün əvvəl Ağ Evdə Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) tərəfindən insanlığa qarşı cinayətlərdə ittiham olunaraq barəsində həbs qərarı çıxarılan İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı İrana qarşı hücum təhdidləri səsləndirmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
129
32
cebheinfo.az

10Mənbələr