AZ

Rusiya Müdafiə Nazirliyi: 29 dekabr tarixində PUA hücumunun hədəfi Putinin iqamətgahındakı obyektlərdən biri olub - YENİLƏNİB

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının 29 dekabr tarixində həyata keçirdiyi hücumun son hədəfi Rusiya Federasiyası prezidentinin Novqorod vilayətində yerləşən iqamətgahı olub.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi pilotsuz aparatların birinin naviqasiya sisteminin blokunun ekspertizası nəticələrinə əsasən məlumat verib.

Nazirliyin açıqlamasında bildirilir ki, 29 dekabr 2025-ci il gecəsi Novqorod vilayətinin hava məkanında vurulan Ukraynaya məxsus pilotsuz uçuş aparatlarından birinin naviqasiya sistemi blokuna xüsusi texniki ekspertiza aparılıb. Ekspertiza zamanı Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri aparatın yaddaşına yüklənmiş uçuş tapşırığı faylını əldə etməyə nail olublar.

Marşrutlaşdırma məlumatlarının analiz edilməsi göstərib ki, 29 dekabr 2025-ci il tarixində Ukrayna PUA-larının hücumunun son hədəfi Novqorod vilayətində yerləşən Rusiya prezidentinin iqamətgahına aid obyektlərdən biri olub.

Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib ki, Ukraynaya məxsus PUA-lardan birinin idarəetmə blokundan əldə olunan ekspertiza materialları müəyyən edilmiş kanallar vasitəsilə ABŞ tərəfinə təqdim ediləcək.

***

16:02

29 dekabr tarixində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumunun hədəfi Novqorod yaxınlığında yerləşən Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına aid obyektlərdən biri olub.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik həmçinin bildirib ki, Ukraynaya məxsus PUA ilə bağlı aparılan ekspertizanın materialları müəyyən olunmuş kanallar vasitəsilə ABŞ tərəfinə təqdim ediləcək.

Seçilən
18
2
apa.az

3Mənbələr