AZ

“Hürriyet”: Ukraynada münaqişəni başlayanlar onu Avropaya yaymaq istəyirlər

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, bu fikri köşə yazarı Əbdülkadir Selvi Türkiyənin “Hürriyet” qəzetində dərc olunmuş məqaləsində bildirib. Selvi vildirib ki, Rusiya ilə Ukrayna arasında müharibəni başlayan qüvvələr onun bitməsini istəmir və onu Avropaya yaymaq üçün səy göstərirlər. O, mövcud vəziyyətlə 2022-ci ilin mart ayında İstanbulda Ukraynada nizamlanma ilə bağlı danışıqlar arasında paralellər aparıb: “Rusiya və Ukraynanın İstanbulda razılığa gəldiyi gün İngiltərə Volodimir Zelenskini danışıqlardan kənarlaşdırdı. ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Putinlə telefonda danışarkən və Volodimir Zelenskini Floridadakı malikanəsində qonaq edərkən nə baş verdi? Sonra Putinin iqamətgahına dron hücumu təşkil edildi”, - deyə jurnalist yazıb. O, hesab edir ki, Ukraynanı dəstəkləyən qüvvələr Türkiyəni Rusiyaya qarşı qoymaq planları qururlar: “Bilirəm ki, iki ölkənin liderləri bu oyuna aldanmayacaqlar. Bizə düşmənçilikdən daha çox Rusiya ilə əməkdaşlığa ehtiyacımız var”. AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
azvision.az

1Mənbələr