AZ

İsveçrənin yeni Prezidenti Kran-Montanadakı yanğına görə yeni il müraciətini təxirə salıb

Yanvarın 1-də vəzifəyə başlayan İsveçrə Prezidenti Gi Parmelin Kran-Montana dağ-xizək kurortundakı partlayış və yanğın səbəbindən yeni il müraciətini təxirə salıb.

"Report"un məlumatına görə, bu barədə "Tages-Anzeiger" yazıb.

"G.Parmelin baş verən hadisə ilə əlaqədar olaraq müraciətini təxirə salıb. O bunu partlayış qurbanlarının ailələrinin kədərinə hörmət əlaməti olaraq edir", - məlumatda bildirilib.

Son məlumatlara görə, hadisə nəticəsində təxminən 40 nəfər ölüb.

Seçilən
70
1
far.az

5Mənbələr