AZ

Ötən il Çindən Azərbaycana 8 min tabut gətirilib

ain.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən səkkiz min ağac məmulatlarından hazırlanmış tabut gətirilib.

Bu qəbildən olan tabutların hamısı Çindən alınıb.

Qeyd edək ki, Azərbaycanda dəfn mərasimləri, əsasən, islam qaydalarına uyğun icra edildiyi üçün tabutdan istifadə məsələsi həm ənənəvi, həm də praktiki tərəflərə malikdir. Belə ki, Azərbaycanda tabut (çox vaxt buna “meyit qutusu” və ya sadəcə, “tabut” deyilir), əsasən, cənazəni məsciddən qəbiristanlığa daşımaq üçün istifadə olunur. Mərasim bitdikdən sonra tabut, adətən, geri qaytarılır və ya məscidə təhvil verilir.

Azərbaycanda yaşayan xristianlar (pravoslavlar, katoliklər və s.) tabutdan öz dini ayinlərinə uyğun olaraq istifadə edirlər.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
13
azpost.info

10Mənbələr