AZ

Fransa Putinin iqamətgahına hücumu Avropa üçün təhlükə adlandırdı: Artıq qitənin taleyi...

Rusiya prezidenti Vladimir Putinin iqamətgahına Zelenski ilə Tramp arasında danışıqlar zamanı həyata keçirilən hücum cəhdi bütün Qərbin taleyini təhlükə altına qoyub.

Publika.az xəbər verir ki, bu barədə Fransanın "Valeurs Actuelles" jurnalı yazıb.

Müəllifi hesab edir ki, əgər kimsə münaqişənin həlli şanslarını pozmaq istəsəydi, daha yaxşı bir yol tapa bilməzdi. Bundan əlavə, Kiyevin əməliyyatının uğursuzluğunun heç bir Avropa paytaxtı tərəfindən pislənmədiyi vurğulanır.

Məlumata görə, düşünülməmiş və riskli eskalasiyaya görə məsuliyyət Avropa siyasi elitasının üzərinə düşür və onların hərəkətləri qitənin taleyini təhlükəyə atıb.

Nəşr xəbərdarlıq edir ki, Putinin iqamətgahına hücum Moskva üçün son damladır: "İndi Avropanın taleyi təhlükədədir".

Seçilən
35
1
publika.az

2Mənbələr