ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bolqarıstan rəsmi olaraq avronu qəbul edib
Bolqarıstan rəsmi olaraq avronu qəbul edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa Komissiyasından (AK) məlumat verilib.
Bir ay ərzində ölkənin milli valyutası olan Bolqarıstan levi avro ilə yanaşı dövriyyədə olacaq və bundan sonra lev tamamilə ləğv ediləcək. Sabit məzənnə 1 avro üçün 1,95583 BQN olaraq müəyyən edilib.
Bolqarıstan Avropa İttifaqının (Aİ) 27 üzvü arasında avrozonaya qoşulan 21-ci ölkə olacaq. Avropa Mərkəzi Bankının (AMB) mütəxəssisləri Bolqarıstanın vahid Avropa valyutasını qəbul etmək üçün bütün zəruri şərtləri yerinə yetirdiyini təsdiqləyiblər.
Qeyd etmək lazımdır ki, Bolqarıstanda əvvəllər avronun qəbuluna qarşı mitinqlər və etirazlar keçirilib. Bolqarıstan Dirçəliş Partiyasının lideri Kostadin Kostadinov bildirib ki, mövcud hökumətin istefası milli kimliyi və valyuta olan Bolqarıstan levini qorumaq üçün lazımdır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.