AZ

Amerikadan Azərbaycana turist axını 3 % azalıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 33 945 turist gəlib.

Moderator.az-ın məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 % azdır.

11 ay ərzində çox turist ABŞ-dən gəlib - 22 545 nəfər. Bu, 1 il əvvələ nisbətən 4,3 % çoxdur.

Bundan əlavə, Kanadadan – 5 108 (+2,8 %), Braziliyadan - 2 324 (-36,5 %), Meksikadan - 950 (-8,2 %), Kolumbiyadan - 883 (-17,9 %), Argentinadan - 492 (+2,1 %) Ekvatordan - 207 (+13,7 %), Çilidən - 201 (-20,6 %), Venesuelladan – 188 (+12,6 %), Perudan - 168 (-17,6 %), Kosta-Rikadan – 152 (-25,1 %), Kubadan – 121 (-12,9 %), Sent-Kits və Nevisdən– 116 (- 6,5 %), və Trinidad və Tobaqodan 99 (-38,1 %), Uruqvaydan - 81 ( +20,9 %), Boliviyadan 65 ( -17,7 %), Yamaykadan 35 (- 58,3 %), Panamadan – 33 (-42,1 %), Dominikandan 31 ( - 64,4 %), Paraqvaydan 30 ( -36,2 %), Qvatemaladan 26 ( -65,8 %), Haitidən 22 ( +29,4 %), Hondurasdan 21 ( -61,8 %), Salvadordan 17 ( -15 %), Nikaraquadan 14 ( -6,7 %), Surinamdan 13 ( -65,8 %) Belizdən 2 nəfər ( -93,5 %) və Qayanadan cəmi 1 ( - 94,4 %) turist gəlib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 milyon 364 min nəfər və yaxud 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Seçilən
56
4
moderator.az

5Mənbələr