"Real" Təhlil və İnformasiya Mərkəzi və Audiovizual Şuranın maliyyə dəstəyi ilə "Terrorun payız və yaz şumu: Mir Şahinin filmi" adlı ekran işi təqdim edilib.
Moderator.az xəbər verir ki, ekran işində 1994-cü ildə ölkəmizdə hökm sürən siyasi proseslərdən bəhs edilir.
Həmin dövrdə ölkənin siyasi həyatında rol oynayan vacib şəxslər, o cümlədən 1993-94-cü illərdə Azərbaycanın baş prokuroru olmuş Əli Ömərov, 1993-99-cu illərdə prezidentin köməkçisi işləmiş Eldar Namazov filmdə fikirlərini bildiriblər.
Ulu öndər Heydər Əliyevin 1994-cü ildə göstərdiyi qətiyyətli iradə və siyasi fəaliyyət xətti də ekran işində əksini tapıb.