AZ

Ərəb şeyxi eyni anda 4 qadınla EVLƏNDİ - VİDEO

Dörd qadınla evlənən ərəb şeyxinin videosu sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, yayılan görüntülərdə şeyxin eyni vaxtda dörd xanımla ailə həyatı qurması izləyicilərin diqqətini çəkib. Video qısa zamanda viral olub və sosial mediada geniş müzakirələr yaradıb.

Bəziləri bunu dini və mədəni ənənələrlə əlaqələndirərək normal qarşılasa da, digərləri müasir dövrdə belə nikahın mübahisəli olduğunu bildirib. Şərhlərdə qadın hüquqları, ailə modeli və cəmiyyətin bu cür evliliklərə baxışı ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

Sözügedən video hazırda da sosial platformalarda aktiv şəkildə paylaşılmaqda və müzakirə olunmaqdadır.

Seçilən
10
5
bakivaxti.az

6Mənbələr