Bakı. Trend:
Bayram günləri ilə əlaqədar ölkə ərazisində avtomobilləsəyahətlərin təşkili əhəmiyyətli dərəcədə artıb.
Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumatverilib.
Bildirilib ki, belə səfərlər zamanı adətən qeyri-müntəzəmsərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fizikişəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur:
"Lakin, təəssüf ki, bu qəbildən olan daşımalar zamanıavtomobilin texniki vəziyyəti, sürücülərin reysqabağı tibbimüayinəsi, onların iş və istirahət rejiminə riayət etməsi kimiməsələlərə ciddi yanaşılmır. Eyni zamanda, nəqliyyat vasitəsinintexniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğunolub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücününidarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda,xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş verməehtimalını dəfələrlə artırır.
Son illər səfərlərin təşkilində kirayə avtomobillərdən istifadəhalları da nəzərəçarpacaq dərəcədə artıb. Lakin nəzərə almalıyıqki, kirayə avtomobillərin texniki vəziyyəti, yaxud xidmətindənistifadə etdiyimiz sürücünün peşəkarlıq səviyyəsi barədə əvvəlcədənməlumatlı olmamaq potensial təhlükə deməkdir.
Doğma həmvətənlərimiz, ölkəmizin əziz qonaqları. Ümidvarıq ki,bayram günlərində əhval-ruhiyyənizin xoş ovqata köklənməsi üçüntövsiyələrimizi nəzərə alacaq, səyahətlərinizi bu sahədəixtisaslaşmış hüquqi və ya fiziki şəxslərə etibar edəcəksiniz".