525.az saytına istinadən ain.az xəbər verir.
İsveçrənin Kran-Montana şəhərində restoranların birində güclü partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə azı 40 nəfər həlak olub, yüzdən çox insan yaralanıb.
Partlayış yanvarın 1-i yerli vaxtla 02.30-da "Le Constellation" barının zirzəmisində, konsert proqramı verilərkən yaşanıb. İlkin ehtimala görə, faciəyə səbəb kimi pirotexniki vasitələrdən ehtiyatsız istifadə göstərilir. Partlayış zamanı barda 400-ə yaxın insan olub.
Qeyd edək ki, faciə ilə bağlı polis araşdırmalara başlayıb, hadisənin əsl səbəbi dəqiqləşdirilir.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.