AZ

Xames Rodrigez MLS-də çıxış edə bilər

Kolumbiya millisinin üzvü Xames Rodrigez karyerasını ABŞ-də davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Yarımmüdafiəçi Meksikanın “Leon” klubu ilə müqaviləsini uzatmaq niyyətində deyil.

Mənbənin iddiasına görə, 34 yaşlı futbolçu MLS təmsilçisi “Kolambus Kryu”ya keçməyə yaxındır.

Qeyd edək ki, Xames Rodrigez karyerası ərzində “Portu”, “Monako”, “Real Madrid” və “Everton” kimi klubların formasını geyinib.

“Qremio”nun futbolçusu Premyer Liqada çıxış edəcək

FIFA “The Best” mükafatını ləğv edir

Kyeza İtaliyaya qayıda bilər

Neymar “Santos”da qalacaq - RƏSMİ

Afrika Millətlər Kuboku: 1/8 final cütləri bəlli olub

Seçilən
95
apasport.az

1Mənbələr