AZ

İsa Məsihin portreti rekord qiymətə satıldı

ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi ənənəvi Yeni il tədbiri ilə ilin son gecəsinə damğa vurub. 

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə Trampın “dünyanın ən yaxşı yaşayan sənətçilərindən biri” kimi təqdim etdiyi Vanessa Horabuena səhnəyə çıxıb. 

Sürətli rəsm texnikası ilə tanınan sənətçi canlı musiqi müşayiəti ilə böyük qara kətan üzərində işləməyə başlayıb və cəmi 10 dəqiqə ərzində İsa Məsihin portretini tamamlayıb.

Səhnədə cəmi on dəqiqə ərzində çəkilən İsa Məsih portreti açıq artırmada 2 milyon 750 min dollara satılıb.

Donald Tramp heyrətini gizlətməyərək, “Bunu necə etdiyini bilmirəm” deyib və açıq artırmanı 100 min dollardan başladıb.

Təkliflər qısa müddətdə sürətlə artıb. 200 min və 500 min dollarlıq təkliflərdən sonra milyarder Hüseyn Sajvaninin 550 min dollarlıq təklifi səsləndirilib.

Açıq artırmanın sonunda tablo 2 milyon 750 min dollara satılıb.

Seçilən
125
2
cebheinfo.az

3Mənbələr