“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo anasını ad günü münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, dekabrın 31-də Doloreş Aveyrunun 71 yaşı tamam olub.
“Ad günün mübarək, ana! Hər şey üçün təşəkkür edirəm – var olduğun və hər zaman yanımda olduğun üçün. Səni çox sevirəm”, - deyə portuqaliyalı futbolçu sosial şəbəkədə anası ilə fotosunu paylaşaraq yazıb.