Müğənni Nərmin Kərimbəyova maraqlı açıqlaması ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi Zaur Kamalın aparıcılıq etdiyi verilişdə qonaq olarkən efirlə bağlı yaşadığı qəribə hadisəni xatırladıb. Onun sözlərinə görə, ilk dəfə həmin verilişə dəvət alanda yaxın çevrəsindən birmənalı qarşılanmayan reaksiyalar olub:
"İlk dəfə sənin efirinə gələndə uzaq qohumlarımdan biri mənə zəng edib dedi ki, sən nə ağılla Zaurun efirinə çıxmısan? Məni tənqid etdi, dedi ki, sənə uyğun deyil", - deyə Kərimbəyova bildirib.
Müğənni həmin tənqidlərə baxmayaraq qərarından dönmədiyini vurğulayıb:
"Cavab verdim ki, bu baxılan, hörmətli efirdir və gedəcəyəm. Bu günə qədər də gəlib çıxmışam. Səninlə dostluq münasibətimiz yarandı. Hətta verilişdə nəsə desəydin belə, yenə də gələcəkdim", - deyə o əlavə edib.
Nərmin Kərimbəyovanın bu səmimi etirafı studiyada maraqla qarşılanıb. İzləyicilər sənətçinin qətiyyətli mövqeyini və aparıcı ilə formalaşan səmimi münasibəti müsbət dəyərləndiriblər.