AZ

ABŞ kəşfiyyatı Putinin iqamətgahına hücuma dair heç bir dəlil tapmayıb

BAKI, 1 yanvar. TELEQRAF

ABŞ kəşfiyyat orqanları Ukraynanın Rusiya prezidentinin iqamətgahına dronlarla hücumuna dair heç bir dəlil aşkar etməyib.

Teleqraf xəbər verir ki, mediada yer alan məlumata görə, Donald Tramp artıq bu barədə məlumatlandırılıb.

ABŞ prezidenti daha öncə Rusiya tərəfinin iddiasına "hücum olubsa, çox pis" kimi reaksiya verib.

Tramp kəşfiyyat məlumatlarını aldıqdan sonra özünün "Truth Social" şəbəkəsində "New York Post" qəzetində dərc olunmuş məqaləyə keçid linki paylaşıb. "Sülhə mane olan Rusiyadır" başlıqlı məqalədə Rusiya hökumətinin Putinin iqamətgahına hücumla bağlı yaydığı məlumatların yalan olduğu bildirilib.

Dekabrın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna Putinin Novqorod vilayətində Valday gölündəki Dolqie Borodye iqamətgahına 91 dronla hücum etməyə cəhd edib. Lavrov həmçinin bildirib ki, nəticədə Rusiyanın danışıqlar mövqeyi yenidən nəzərdən keçiriləcək.

Seçilən
16
teleqraf.com

1Mənbələr