İngiltərənin "Çelsi" klubunun sabiq baş məşqçisi Entso Mareska Premyer Liqanın digər təmsilçisi "Mançester Siti"ni çalışdıra bilər.
Aznews.az xəbər verir ki, 45 yaşlı italiyalı mütəxəssis London klubundan ayrılmazdan əvvəl Mançester təmsilçisi ilə danışıqlar aparıb.
E. Mareska bu gün "Çelsi"nin baş məşqçi postundan rəsmən ayrılıb. Komanda onun rəhbərliyi altında UEFA Konfrans Liqası və klublararası dünya çempionatının qalibi olub.
Qeyd edək ki, "Çelsi" 19 turdan sonra 30 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 40 xala malik "Mançester Siti" isə ikinci yerdədir.