AZ

Rus ordusu 2025 ci ildə rekord itki verib Şok statistika

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Müdafiə Nazirliyinin və Baş Qərargahın məlumatına görə, 2025-ci ildə Rusiya Silahlı Qüvvələrinin itkiləri 418 min nəfəri ötüb. Bu, təxminən 35 diviziya heyətinə bərabərdir.

Globalinfo.az xəbər verir ki, orta hesabla Rusiya hər gün 1145 hərbçi itirib.

Ən yüksək itki (48 240 nəfər) yanvar ayında qeydə alınıb.

Müqayisə üçün, 2022-ci ildə Rusiya 106 720, 2023-cü ildə 253 290, 2024-cü ildə isə 431 000-dən çox canlı qüvvə itirib. Ümumilikdə, genişmiqyaslı müharibənin başladığı gündən (1407 gün ərzində) Rusiya ordusunun ümumi itkisi 1 208 970 nəfərə çatıb. Bu da təxminən 100 diviziyanın şəxsi heyətinə bərabərdir.

2025-ci ildə Ukrayna qüvvələri 14 mindən çox Rusiya artilleriya sistemini sıradan çıxarıb. Bu, müharibə dövründə qeydə alınan ən yüksək göstəricidir. Ümumilikdə, Rusiya bu dövrdə 35 678 artilleriya sistemini itirib.

Həmçinin, ötən il məhv edilən Rusiya avtomobil texnikasının sayı 40 mini keçib. Bu göstərici 2022–2024-cü illərdəki ümumi itkilərdən daha çoxdur. Müharibə başladığı gündən bəri isə məhv edilən avtomobil texnikasının ümumi sayı 72 418-ə çatıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
globalinfo.az

1Mənbələr