AZ

Keçidin eskalatorunun işləməməsi piyadalara çətinlik yaradırVİDEO

Paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən yeraltı piyada keçidinin eskalatoru bir neçə aydır ki, işləmir. Ona görə də piyadalar düşüb-çıxmaqda çətinlik çəkirlər.

Xezerxeber.az-ın məlumatına görə, piyadaların sıxlıq təşkil etdiyi bu ərazidə yeraltı keçidin eskalatoru işləmədiyindən sakinlər problem yaşayırlar.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, şəhər infrastrukturunun təhlükəsiz və rahat istifadəsinin təmin edilməsi məqsədilə yeraltı və yerüstü piyada keçidlərində nasaz vəziyyətdə olan eskalatorların təmiri istiqamətində işlər həyata keçirilir. Aparılan texniki baxışlar nəticəsində bir sıra keçidlərdə eskalatorlarda yaranmış mexaniki nasazlıqlar və istismar müddətini başa vurmuş detallar müəyyən edilib. Bununla əlaqədar, təmir və bərpa işlərinə başlanılıb. Artıq bir neçə ərazidə eskalatorların təmiri yekunlaşıb, avadanlıqlar tam işlək vəziyyətə gətirilib və vətəndaşların istifadəsinə təqdim olunub. Hazırda digər keçidlərdə də mərhələli şəkildə bərpa işləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
95
xezerxeber.az

1Mənbələr