Yunan-Roma güləşi yığmamıza daha bir əcnəbi idmançı cəlb olunub. Söhbət iranlı Əmirrza Məsumidən gedir.
Son Asiya çempionu bir müddət əvvəl Ermənistan yığmasının uğurları naminə güləşmək üçün İrəvanda görüş keçirsə də, daha çox maaş təklif edən Azərbaycan millisini seçib. 125 kq dərəcəsində güləşən iranlı ayda 22 min dollar qazanacaq.
Bəs buna nə ehtiyac var? Öz güləşçilərimizə nə gəlib? Düzdü, ağır çəkidə güləşçilərimiz barmaqla sayılacaq qədər olub. Amma olmasa, nə olar? Legionerə nə ehtiyac var? Son Olimpiadada cəmi üç bürünc medal qazanmışıq. Amma öz vətənimizin oğulları qazanıb. Maddiyyat güdməyən, özündən əvvəl vətənini düşünən Rəsul Çunayev, Namiq Abdullayev olub. Heç bir fars əsilli güləşçi bu torpağa xidmət edə bilməz. Ona verilən pulu isə azyaşlılara yatırıb daha böyük uğurlar qazanmaq olar.
Deyəsən, özümüzü uğurlu saydığımz güləşdə də futboldakının gününə düşürük…
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta