Axar.az saytına istinadən ain.az xəbər verir.
İşğal olunmuş Krım ərazisi Ukraynanın əsas hissəsi üçün daimi təhlükə mənbəyinə çevrilib. Bu, ilk növbədə məhv edilməsi olduqca çətin olan ballistik raketlərin buraxılması ilə bağlıdır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk bildirib.
"Əlbəttə ki, ballistic raketlər. Bunlar mobil platformalardır. Onlardan gizli şəkildə istifadə edirlər. Onları aşkarlamağı çətinləşdirmək üçün əllərindən gələni edirlər. Hərbi Dəniz Qüvvələri də daxil olmaqla, bizim üçün bu sahə ciddi prioritet olaraq qalır, çünki onlar həqiqətən də bu silahlardan xüsusilə dəf edilməsi çətin olan zərbələr endirmək üçün istifadə edirlər", - Pletençuk deyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.