Bloğer və teleaparıcı Viktoriya Bonya Kosta Rikada okeanda az qala boğulacağını bildirib.
Publika.az xəbər verir ki, o, hadisəni özünün "İnstaqram" hesabında paylaşıb.
O, dalğanın onu vurduğunu və suyun altında sovrulduğunu deyib.
"Nəfəsim kəsildi. Nəfəs alan kimi başqa bir dalğa vurdu. Özümə gəlmək üçün kifayət qədər oksigenim yox idi", - Bonya qeyd edib.
Yaxınlıqda sörfçüləri görən qadın əlini qaldırıb "kömək edin" deyə qışqırmağa başlayıb. O deyib ki, əvvəlcə nə baş verdiyini belə başa düşməyiblər, amma o, boğulduğunu demək üçün qışqırmağı bacarıb. Gənc kişilər ona çatıb, onu taxtaya atıb sahilə çıxarıblar.