AZ

Uğursuz nəticələrdən sonra milli komandanın fəaliyyəti dayandırıldı

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qabon Futbol Federasiyası uğursuz çıxışdan sonra milli komandanın fəaliyyətinin növbəti qərar qəbul edilənədək dərhal dayandırıldığını açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, sərt sanksiyalar yığmanın Afrika Millətlər Kubokunun qrup mərhələsində vaxtından əvvəl mübarizəni dayandırması ilə əlaqədardır.

Bütün məşqçilər korpusu buraxılıb, həmçinin əsas futbolçular — Pyer-Emerik Obameyanq və Bruno Manqanın milli komandaya çağırılmasına qadağa qoyulub.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda Qabon yığması F qrupunda Fil Dişi Sahili, Kamerun və Mozambiklə mübarizə aparıb və üç oyunun hamısında məğlub olaraq qrupda sonuncu yeri tutub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
2
olke.az

3Mənbələr