Bakı. Trend:
Yeni il axşamı Perunun şimalında mədənçilərə naməlum şəxslərinhücumu nəticəsində azı üç nəfər həlak olub, yeddi nəfər isə itkindüşüb.
Trend-in"Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Patas şəhərininmeri Aldo Marino bildirib.
Qeyd olunub ki, insident şimal-qərbdə yerləşən La-Libertadbölgəsinin Patas şəhərində baş verib. Hadisəni törətməkdə yerlicinayətkar qruplaşmanın üzvləri şübhəli bilinir. Onlar bu ərazidənəzarətlərini genişləndirməyə çalışırlar.
Məlumata görə, həmin qruplaşma əvvəllər də dəfələrlə hücumlartəşkil edib.