AZ

Ekspert: Çin Rusiyanın "Şahed" dronlarını təkmilləşdirib

BAKI, 1 yanvar. TELEQRAF

Ukraynaya qarşı istifadə olunan "Şahed" dronları Çin mütəxəssisləri tərəfindən modernləşdirilib.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo "Ukrayna" Radiosunda bildirib.

"Biz iki nüvə silahlı dövlətlə müharibə vəziyyətindəyik: Rusiya və Şimali Koreya. Daha iki nüvə dövləti - İran və Çin isə Rusiyaya kömək edir. Çin mütəxəssisləri artıq Rusiyanı dəstəkləməyə tam sadiqdirlər. Ərazimiz üzərindən uçan "Şahed" raketləri artıq İran deyil, Çin mütəxəssisləri tərəfindən təkmilləşdirilmiş Çin "Şahed" raketləridir", - deyə o vurğulayıb.

Jmailo qeyd edib ki, Çin Rusiya üçün Qərbin Ukrayna üçün etdiyi kimi eyni sabitləşdirici rol oynayır və Rusiyanın dağılmamasını təmin edir. Eyni zamanda, o, Çinin Rusiyanın qələbəsində deyil, müharibənin mümkün qədər uzun müddət davam etməsini, Rusiyanı, Ukraynanı və bütün Qərb dünyasını qan içində saxlamasını təmin etməkdə maraqlı olduğunu iddia edib.

Ekspertə görə, "Şahed" Rusiyanın hücum dronu olaraq qalır: "Çin mütəxəssisləri olmasaydı, o Ukrayna ərazisinə çata bilməzdi. “Şahed"lər Çin mütəxəssisləri tərəfindən daim təkmilləşdirilir. İndi daha inkişaf etmiş mühərriklər və uzaqdan idarəetmə sistemləri mövcuddur. "Şahed"in artıq rabitəni gücləndirmək üçün antenası var və bu da onu elektron müharibə sistemlərimizə qarşı davamlı edir. Onlar sadəcə yanacaqları tükənənə qədər dövrə vurur və qəzaya uğrayır, digər Rusiya hücum dronları üçün siqnalı gücləndirir".

Seçilən
35
teleqraf.com

1Mənbələr