"Rusiya Baltik dənizində mühüm infrastruktura ziyan vurub".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X"də paylaşım edib.
Kallas yazıb ki, Avropanın vacib infrastrukturu hələ də yüksək təxribat riski altındadır.
Kallas Ukraynadakı silahlı münaqişənin başlanğıcından bəri bu cür hadisələrin açıq tendensiya xarakteri aldığını bildirib.