AZ

İsveçrədə barda partlayış nəticəsində 40 nəfər ölüb, 115 nəfər yaralanıb

İsveçrə hökuməti Krans-Montanada baş verən yanğından sonra beş günlük matəm elan edib.

Moderator.az “Reuters“ə istinadən xəbər verir ki, hadisə nəticəsində 40 nəfər həlak olub, 115 nəfər yaralanıb.

İsveçrə prezidenti Gi Parmelen bildirib ki, matəm dövründə Berndəki bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, İsveçrənin Kran-Montana şəhərində yerləşən dağ-xizək kurortunda bir barda baş verən partlayış yanğınla nəticələnib. Hadisə zamanı onlarla insan ağır yanıq xəsarəti alıb.

Seçilən
84
5
moderator.az

10Mənbələr