AZ

AB dən Ermənistana 2,5 dəfə artım, Azərbaycana isə...

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

2022-ci il fevralın 24-də Ukraynada müharibənin başlamasından sonra AB genişmiqyaslı sanksiyalar tətbiq etdi və bu sanksiyalar Rusiyaya ixracı 66% - 2021-ci ildəki 89 milyard avrodan 2025-ci ilin sentyabrına qədər 30 milyard avroya qədər - azaldıb.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı Ehsan Soltaninin təhlilində bildirilir.

Eyni dövrdə AB-nin bir sıra MDB ölkələrinə - Qazaxıstan, Moldova, Özbəkistan, Gürcüstan, Qırğızıstan, Azərbaycan və Ermənistana ixracı iki dəfədən - 108% artaraq, 15,5 milyard avrodan 32,2 milyard avroya çatıb.

Belə ki, 2022-ci ilin fevral ayında AB Ermənistana 770 milyon avro dəyərində mal ixrac edibsə, 2024-cü ilin iyul ayına qədər bu rəqəm 2,5 dəfə və ya 150% artaraq 1,96 milyard avroya çatıb.

2022-ci ilin fevral ayında Aİ Azərbaycana 1,51 milyard avro dəyərində mal ixrac edib, 2024-cü ilin iyul ayına isə bu rəqəm 1,6 dəfə və ya 60% artaraq 2,48 milyard avroya çatıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
axar.az

1Mənbələr