ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 69.7 milyon dollar dəyərində elektrik enerjisi satıb ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24.2 milyon dollar və ya 25.8% azdır.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 2024-cü ilin 11 ayında ölkədən 93.9 milyon dollar dəyərində elektrik enerjisi ixrac edilib.

Elektrik enerjisini ixrac edən əsas qurumlardan biri Naxçıvan Muxtar Respublikasının Energetika Xidməti olub.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.3% artaraq 3.3 milyard ABŞ dolları təşkil edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.