AZ

Amsterdamda təxminən 150 illik kilsə yanıb - VİDEO

1872-ci ildə Amsterdamda tikilmiş Vondelkerk kilsəsində gecə baş verən yanğın nəticəsində qüllə, mərkəzi hissə və dam örtüyü çöküb, divarlar isə toxunulmaz qalıb.

Moderator.az xəbər verir ki, bu barədə “Telegraaf” qəzeti məlumat yayıb.

Bundan əvvəl “NL Times” xəbər portalı Yeni il gecəsi Amsterdamda təxminən 150 illik Vondelkerk kilsəsində yanğın baş verdiyini bildirmişdi.

Yanğınsöndürənlər Vondelkerk kilsəsindəki yanğını saat 11:00 radələrində söndürüblər. Külək və kilsənin ölçüsü alovun söndürülməsini xeyli çətinləşdirib.

Yanğın nəticəsində qüllənin və binanın mərkəzi hissəsinin, eləcə də dam örtüyünün əhəmiyyətli bir hissəsi çöküb.

 

Seçilən
62
4
moderator.az

7Mənbələr