AZ

Amsterdamda tarixi Vondelkerk kilsəsində güclü yanğın baş verib

Bakı. Trend:

1872-ci ildə Amsterdamda tikilmiş Vondelkerk kilsəsində gecəsaatlarında baş verən yanğın nəticəsində qüllə, binanın mərkəzihissəsi və dam örtüyü çöküb, divarlar isə toxunulmaz qalıb.

Trend xəbər verirki, bu barədə “Telegraaf” qəzeti məlumat yayıb.

Bundan əvvəl “NL Times” xəbər portalı Yeni il gecəsi Amsterdamdatəxminən 150 illik Vondelkerk kilsəsində yanğın baş verdiyinibildirmişdi.

Məlumata görə, yanğınsöndürənlər alovu saat 11:00 radələrindənəzarət altına alaraq söndürüblər. Küləkli hava şəraiti və kilsəninböyük ölçüləri yanğının söndürülməsini xeyli çətinləşdirib.

Yanğın nəticəsində qüllənin, binanın mərkəzi hissəsinin və damörtüyünün əhəmiyyətli bir hissəsinin çökməsi qeydə alınıb.Hadisənin səbəbləri araşdırılır.

Seçilən
58
az.trend.az

1Mənbələr