Bakı. Trend:
ABŞ Dövlət Departamenti Çinin Tayvan ətrafında keçirdiyigenişmiqyaslı hərbi təlimlər fonunda Pekini dialoqa və təmkinliolmağa çağırıb.
Trend xəbər verirki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda qeydolunub.
Bəyanatda vurğulanıb ki, Çinin Tayvana və regiondakı digərölkələrə qarşı hərbi fəaliyyəti və ritorikası gərginliyi lazımsızşəkildə artırır. ABŞ tərəfi Pekini təmkin nümayiş etdirməyə,Tayvana qarşı hərbi təzyiqi dayandırmağa və bunun əvəzinəkonstruktiv dialoqa üstünlük verməyə çağırıb.
ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton Tayvan boğazındasülhü və sabitliyi dəstəkləyir və status-kvonun birtərəfli qaydada,o cümlədən güc və ya məcburiyyət yolu ilə dəyişdirilməsinəqarşıdır.