Polşanın Baş naziri Donald Tusk Yeni il müraciətində 2026-cı ilə qədər Baltik dənizini fəth edəcəyinə söz verib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Bu, Baltik dənizinin sürətlə fəth olunacağı il olacaq. Özümüzünkü, Polşa Baltikyanı", - deyə o elan edib.
Tusk həmçinin aydınlaşdırıb ki, 2026-cı ildə respublika Avropanın "ən güclü" ordusunun yaradılmasını sürətləndirəcək.