AZ

Mercedes mühərriki ilə işləyən nadir UAZ satışa çıxarıldı

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Almaniyada "Mercedes-Benz G-Class" aqreqatları ilə təchiz edilmiş sovet istehsalı olan UAZ-469 satılır.

Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Bildirilir ki, sovet yolsuzluq avtomobilində 136 at gücünə malik "Mercedes G230" benzin mühərriki, avtomatik sürət qutusu, diferensial blokirovkaları olan alman istehsalı körpülər və idxal sükan idarəetməsi quraşdırılıb.

UAZ-dan isə yalnız rama, ressorlar və kuzov saxlanılıb. Faralar artıq LED tipli, salon isə dəri üzlüklə işlənib.

Satıcı avtomobil üçün 6.9 min avro tələb edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
1
oxu.az

2Mənbələr