AZ

Mask Daxili Gəlir Xidmətini görün necə İFLİC EDİB

"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu və amerikalı sahibkar İlon Mask bir dəfə vergilərinin çoxluğu səbəbindən Daxili Gəlir Xidmətinin (IRS) kompüter sistemini sıradan çıxardığını açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə "X" sosial media hesabında paylaşım edib.

O, "o qədər çox vergi" ödədiyini və sistem ödənişi dərhal emal edə bilmədiyini söyləyib.

"Rəqəmlər çox idi. Hamısını emal etmək üçün proqram təminatını yeniləməli oldular", - milyarder deyib.

Seçilən
85
publika.az

1Mənbələr