Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Kennedi Kosmik Mərkəzinin keçmiş əməkdaşı və NASA-nın Elektrostatika və Səth Fizikası laboratoriyasının qurucusu Çarlz Buler yeni tip hərəkətverici qurğunun yaradıldığını açıqlayıb.
Oxu.Az bu barədə "Popular Mechanics" nəşrinə istinadən xəbər verir.
Mühəndisin sözlərinə görə, bu qurğu elektrostatik sahələr hesabına reaktiv yanacaqdan istifadə etmədən itələmə qüvvəsi yarada bilir. Çarlz Buler "Exodus Propulsion Technologies" şirkətinin həmtəsisçisidir. Tərtibatçılardan ibarət komandaya əvvəllər NASA, "Blue Origin" və ABŞ Hərbi Hava Qüvvələrində çalışmış mütəxəssislər daxildirlər. Qrup onilliklər ərzində yanacaqsız mühərrik texnologiyaları üzərində tədqiqatlar aparır.
Tərtibatçıların iddiasına görə, 2023-cü ildə Yer cazibəsini dəf etmək üçün kifayət edən itələmə göstəricilərinə nail olunub. Buler bildirir ki, texnologiyanın əsasında elektrostatik təzyiqin asimmetriyası və ya ayrılmış elektrostatik sahə dayanır. Bu yanaşma obyektin kütlə mərkəzinə birbaşa təsir göstərməyə imkan verir.
Mühəndis araşdırmalarının nəticələrini alternativ enerji mənbələrinə həsr olunmuş beynəlxalq konfransda təqdim edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.