AZ

Pəhrizsiz, qadağasız! 3 aya 6 kilo atacağınız ŞOK ÜSUL

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Britaniyalı həkim-diyetoloq Maykl Mosliyə görə, çəkiyə nəzarət üçün axşam yeməyi ən gec saat 19:30-da bitməlidir.

Mosli etiraf edib ki, illərlə intensiv iş tempi səbəbilə saat 21:00-dan sonra yemək yeyib.

Bu vərdişi dəyişdikdən sonra isə xüsusilə bel çevrəsində ciddi fərq görüb.

Diyetoloq hesab edir ki, gecə vaxtı bədənin əsas prioriteti həzm deyil, bərpa və istirahətdir. Buna görə də gecə yeyilən kiçik bir qida eyni yeməyin gündüz yeyilməsindən daha çox yağ kimi depolanmasına səbəb ola bilər.

Nottinqem Universiteti ilə Tehran Tibb Elmləri Universitetinin birgə apardığı araşdırmada isə artıq çəkili, lakin sağlam 82 qadın 12 həftə ərzində izlənilib. Bir qrup axşam yeməyini ən gec 19:30-da, digər qrup isə 22:00-dan sonra yeməyə davam edib. Hər iki qrup eyni miqdarda kalori qəbul edib və xüsusi pəhriz tətbiq olunmayıb. Erkən yemək yeyənlər orta hesabla 7 kilo, gec yeyənlər isə təxminən 5 kilo arıqlayıb. Yəni sadəcə yemək saatını erkənə çəkməklə əlavə 2 kilo itirilib. Erkən yemək yeyənlərdə bel çevrəsi daha çox incəlib, xolesterin səviyyəsində azalma müşahidə olunub.

Nəticələrə əsasən, gec saatlarda yemək yemək maddələr mübadiləsini idarə edən genlərin ritmini pozur, yağ yandırmanı ləngidir və piylənmə ilə 2-ci tip diabet riskini artıra bilir. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
moderator.az

2Mənbələr