AZ

“iPhone 17 Pro” modellərində enerji yığımı zamanı xışıltı problemi aşkarlanıb

Bakı. Trend:

“iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərinin bəziistifadəçiləri qeyri-adi problemlə üzləşiblər.

Trend“Dijitaltrend” nəşrinə istinadən xəbər verir ki, telefon enerjiyığımı zamanı ekran açıq olduqda dinamiklərdən zəif xışıltı səsieşidilə bilər.

İstifadəçilərin sözlərinə görə, bu səs yalnız cihaz şarj qurğuyaqoşulduqda yaranır – istər kabel vasitəsilə, istərsə də “MagSafe”simsiz enerji yığımı zamanı. Şarj kəsildikdə isə səs tamamilə yoxolur.

Bəzi istifadəçilər telefonlarını zəmanət çərçivəsində dəyişsələrdə, problem bəzən yeni əldə olunan cihazlarda da təkrarlanıb.

“Apple” mütəxəssislərinin məsələdən xəbərdar olduğu və problemiaraşdırmaq üçün mühəndislərə ötürdüyü bildirilir. Əgər nasazlıqproqram təminatı ilə, məsələn, enerji idarəetməsi və ya audiodrayverlərlə bağlıdırsa, problem gələcək iOS yeniləməsi ilə aradanqaldırıla bilər. Problemin aparat hissəsi ilə əlaqəli olduğutəsdiqlənərsə, şirkətin pulsuz təmir və ya dəyişdirmə təklifedəcəyi gözlənilir.

Seçilən
49
3
az.trend.az

5Mənbələr