Türkiyə “qırmızı bülleten”lə beynəlxalq axtarışa verilmiş 40 nəfəri ölkəyə ekstradisiya edib.Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata görə, ekstradisiya olunan şəxslər arasında Gürcüstan (27), Almaniya (4), Bolqarıstan (3), ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstandan olan şəxslər var.
Nazirin açıqlamasında qeyd edilib ki, həmin şəxslər qəsdən adam öldürmə və adam öldürməyə cəhd, cinayətkar dəstə yaratma və üzvlük, narkotik vasitələrin qanunsuz dövriyyəsi, oğurluq və quldurluq, dələduzluq, saxtakarlıq, şəxsi məlumatların qanunsuz ələ keçirilməsi, terror təbliğatı, cinsi istismar və fahişəliyə təşviq, qanunsuz silah saxlama və digər cinayətlərə görə axtarışa verilmişdilər.