AZ

Bali də faciə: Avstraliyalı turist dalğıc zamanı panik atak keçirərək ölüb

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Avstraliya vətəndaşı, 40 yaşlı Natan Con Skott dekabrın 30-da Balinin şərq sahilində yerləşən Tulamben bölgəsində dalğıc fəaliyyəti ilə məşğul olarkən ölüb.

Bizimyol.info xəbər verir ki, verilən məlumata görə, hadisə zamanı Skott iki peşəkar dalğıc təlimatçısının müşayiəti ilə təxminən 15 metr dərinliyə enib. Şahidlərin ifadələrinə və yerli hüquq-mühafizə orqanlarının açıqlamasına əsasən, turist su altında olarkən qəfil panik atak keçirib.

Bildirilib ki, Skott panika vəziyyətində tənəffüs aparatını çıxarıb və nəzarətsiz şəkildə sürətlə səthə qalxmağa başlayıb. Onun vəziyyətini ilk olaraq dalğıc bələdçilərindən biri və ərazidə olan bir şəxs fərq edərək dərhal kömək üçün müraciət ediblər.

Hadisə yerinə yaxınlıqda olan yerli balıqçı cəlb olunub və Skott huşsuz vəziyyətdə sahilə çıxarılıb. Həkimlər və xilasedicilər tərəfindən göstərilən bütün reanimasiya cəhdlərinə baxmayaraq, turistin həyatını xilas etmək mümkün olmayıb. O, hadisə yerində ölüb.

Qeyd edək ki, baş verən bu faciəvi hadisə Natan Con Skottun doğum gününə cəmi bir neçə həftə qalmış yaşanıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
98
icma.az

1Mənbələr