Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Britaniyanın "Reuters" xəbər agentliyi öz mənbələrinə istinadən xəbər yayıb ki, sözügedən vəsaitlərə yanvarın 1-dən etibarən 13% standart əlavə dəyər vergisi qoyulacaq. Bu addım ölkədə doğum nisbətinin artırmaq məqsədi daşıyır. Belə ki, Çində əhalinin sayı, artıq ardıcıl 3 ildir ki, azalmaqdadır. Hökumət gənc vətəndaşları evlənməyə, uşaq dünyaya gətirməyə həvəsləndirmək məqsədilə hər uşağa görə 500 dollar müavinət verməyi boynuna götürüb: "Eyni zamanda, gənclərin ailə qurmaq məsələsində baxışını müsbətə doğru çevirmək üçün universitetlərdə "sevgi təhsili" kursları fəaliyyətə başlayıb. Hökumət bu mövzu üzrə başqa sahələrdə də mütəmadi təbliğat aparır". Çində əhalinin azalması ölkədə 1979-cu ildən 2015-ci ilədək aparılan doğum nisbətinin aşağı salınması siyasətinin məntiqi nəticəsidir. Bu məsələdə həmçinin sürətli şəhərləşmənin də payı böyükdür. Artıq belə bir siyasətdən əl çəkən Çin hökuməti əksinə addımlar atmağa başlayıb. Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.