AZ

Bu, bizim günahımızdır - Pezeşkiandan etiraf

İranda dərinləşən etiraz dalğasına İsrail xarici kəşfiyyat xidməti “Mossad”dan dəstək gəlib.

Publika.az yerli mətbuata istinadən xəbər verir ki, milli valyuta olan rialın dəyər itirməsindən sonra başlayan etirazlar paytaxt Tehrandan ölkənin bir çox şəhərinə yayılıb.

Nümayişlərə ən azı 10 universitetin tələbələri də qoşulub. Məktəblər, banklar və dövlət qurumları bağlanıb.

İran prezidenti Məsud Pezeşkian etirazlara belə münasibət bildirib: "Əgər insanlar xoşbəxt deyilsə, bu, bizim günahımızdır. Məsuliyyət bizimdir".

Seçilən
30
publika.az

1Mənbələr