Astroloji təqvimə əsasən, 2 yanvar 2026-cı il bir sıra bürclər üçün daha əlverişli hesab olunur.
Publika.az xəbər verir ki, planetlərin mövqeyi və Günəşin Oğlaq bürcündə olması bu tarixdə xüsusilə iş, planlama və maliyyə məsələlərində bəzi bürclərin ön plana çıxmasına səbəb olur.
Bu gün Oğlaq bürcü ən şanslı bürc kimi qiymətləndirilir. Günəşin bu bürcdə olması qərarvermə proseslərini sürətləndirir, işgüzar danışıqlar və rəsmi məsələlər üçün əlverişli şərait yaradır.
Qız bürcü üçün də 2 yanvar məhsuldar gün hesab olunur. Analitik düşüncə, detallara diqqət və planlı yanaşma tələb edən işlərdə Qız bürcünün uğur qazanacağı qeyd olunur.
Buğa bürcü isə maddi məsələlər və ailə ilə bağlı mövzularda nisbətən rahat və sabit bir gün keçirə bilər. Astroloji təhlillərdə Buğa bürcünün gözlənilməz, lakin müsbət xəbərlərlə qarşılaşa biləcəyi vurğulanır.