AZ

“Korintians”ın 4-cü uğuru - ŞƏRH

Braziliyada A seriyası sona çatandan sonra daha bir turnirə yekun vuruldu. Ölkə kubokunun qalibi də müəyyənləşdi.

"Football-plus.az" xəbər verir ki, finalda çoxlarının gözləmədiyi halda ölkə çempionatının heç də ən güclü sayılmayan komandaları qarşılaşdılar: “Korintians” A seriyasında son mövsümü 13-cü, “Vasku da Qama” isə 14-cü yerdə başa vurmuşdu.

“Korintians”ın meydanında keçirilən ilk oyunda hesab açılmadı. Finalın Rio de Janeyrodakı “Marakana” stadionunda baş tutan cavab görüşündə isə üç qol qeydə alındı. Yuri Albertonun 18-ci dəqiqədə hesabı açdığı oyunun fasiləsi ərəfəsində Moreyra cavab qolunu vurdu. Kobud axarda keçən matçın 63-cü dəqiqəsində Yuri Albertonun ötürməsini dəyərləndirən Depay komandasının 2:1 hesablı qələbəsini təmin etdi.

Dorival Juniorun çalışdırdığı “Korintians” turnirdə 4-cü uğurunu reallaşdırdı. Qeyd edək ki, Braziliya kubokunu ən çox qazanan komanda 6 qələbə ilə “Kruzeyro”du. “Flamenqo” ilə “Qremio” hərəyə 5, “Palmeyras” isə 4 dəfə kuboka sahib çıxıb.

Final, ilk oyun
Korintians – Vasku da Qama 0:0

Cavab oyunu
Vasku da Qama – Korintians 1:2

Moreyra, 41 – Yuri Alberto, 18. Depay, 63.

Seçilən
24
1
football-plus.az

2Mənbələr