AZ

Ukrayna Rusiyanın əsas sənaye mərkəzilərindən birini VURDU

Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gecə saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Samara vilayətində yerləşən neft emalı obyektinə hücum edib.Turkustan.az xəbər verir ki, yerli sakinlərin bildirdiyinə görə, Novokuybışevsk şəhərində 10-dan çox partlayış səsi eşidilib.

Şahidlərin sözlərinə əsasən, hücumdan sonra şəhərin rayonlarından birində yanğın başlayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə alov və tüstü sütunları aydın görünür. Hadisənin neft emalı zavodu ərazisində və ya ona yaxın zonada baş verdiyi ehtimal olunur.

Rəsmi qurumlar hücumun nəticələri, dəyən ziyan və mümkün xəsarət alanlar barədə hələlik ətraflı açıqlama verməyib. Hadisə yerinə fövqəladə xidmətlərin cəlb olunduğu bildirilir.

Qeyd edək ki, Samara vilayəti Rusiyanın əsas sənaye və enerji mərkəzlərindən biri hesab olunur və Novokuybışevskdə yerləşən neft emalı zavodu region üçün strateji əhəmiyyət daşıyır.

Hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
icma.az

2Mənbələr