Tanınmış futbolçu Serxio Ramos “Sevilya”ya yeni statusda qayıtmaq niyyətindədir.
Apasport.az xəbər verir ki, 39 yaşlı futbolçu klubu satın almaq istəyən investorlar qrupuna rəhbərlik edir.
Ramos “Sevilya”nın indiyədək aldığı ən yüksək maliyyə təklifini irəli sürüb.
Klubun hazırkı səhmdarları artıq Serxionun ciddi və iri məbləğli təklifindən xəbərdardırlar. Razılaşma baş tutacağı halda, Ramos “Sevilya”nın prezidenti ola bilər.
Qeyd edək ki, Serxio Ramosun son klubu Meksikanın “Monterrey” komandası olub. O, bu ilin dekabr ayının əvvəlində klubdan ayrılıb.
“Qarabağ”ın rəqibinin hücumçusu Fransa klubunda - RƏSMİ
Bekao A Seriyasına qayıda bilər
PSJ “Sportinq”in müdafiəçisini etmək istəyir
Portuqaliyalı futbolçu İtaliyaya doğru
“Çelsi”nin müdafiəçisi “Roma”nın hədəfində